“O, mənim mövqeyimdəki futbolçu üçün ən yaxşı məşqçidir” – Koman

“Bavariya”nın hücumçusu Kinqsli Koman açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu, gələcək karyerasından və çalışdığı ən yaxşı məşqçidən danışıb:

“Hazırda nə istədiyimi bilmirəm, buna görə də, hər şey mümkündür. Yüksək səviyyədə qalmaq və çempionluqlar qazanmaq istəyirəm. “Bavariya” bunu bacaracağım klublardan biridir.

İndiyədək çalışdığım ən yaxşı məşqçini seçməli olsam, Pep Qvardiolanı deyərəm. Çünki “Yuventus”da az oynasam belə, məni mütəmadi oynatdı. O, mənim mövqeyimdəki futbolçu üçün ən yaxşı məşqçidir. Onun komandada yaratdığı sistem futbolçuların daha da inkişaf edə biləcəyi sistemdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button