“Keyn yaxın vaxtlarda “Tottenhem”dən ayrılmasa…” – Karrager
“Liverpul”un sabiq futbolçusu Cimi Karrager “Tottenhem”in hücumçusu Harri Keynlə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, “Tottenhem”dən ayrılacağı deyilən Keynin karyerası ilə bağlı danışıb:
“Keyn Mançester təmsilçilərindən başqa hansı kluba transfer oluna bilər? Onun iyulda 27 yaşı olacaq. Növbəti transfer pəncərəsinin nə zaman açılacağı, gələcək mövsümün nə vaxt başlayacağını hələ ki, bilmirik. Amma Keyn yaxın vaxtlarda “Tottenhem”dən ayrılmasa, onun üçün vəziyyət daha da çətinləşəcək. Futbolçu 28 yaşında olanda, klublar üçün vəziyyət dəyişir. “Tottenhem” azarkeşləri bunu qəbul etməyə bilər, amma Keyn başqa bir klubda kubok qazanmaq istəyir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin