“Əminəm ki, “Bavariya” yaxın zamanda yenidən Çempionlar Liqasını qazanacaq”
Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Benjamin Pavar açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu, Münhen klubunun vəziyyəti ilə bağlı danışıb:
“Belə vəziyyətdə hər kəsin sağlamlığına diqqət etməyi və məsləhətləri dinləmələrini istəyirəm. Birlikdə olsaq, vəziyyətə nəzarət edə bilərik. Tezliklə yenidən stadionlarda olacağımıza ümid edirəm. Futbol başlayandan sonra komanda olaraq qalib gəlməyə davam edəcəyik. “Bavariya” üçün başqa seçim ola bilməz.
Milliyə dəvət almaq üçün “Bavariya”ya transfer olundum. “Bavariya” mənim üçün ən səviyyəli futbolçuların çıxış etdiyi, dünyanın ən yaxşı klubudur. Əminəm ki, “Bavariya” yaxın zamanda yenidən Çempionlar Liqasını qazanacaq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin