“Liverpul”un çempion elan edilməsi bizim üçün problem olmaz”
“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi, Premyer Liqada koronavirus pandemiyasına görə mövsümün erkən dayanacağı halda, çempionluğun “Liverpul”a verilməsindən narahat olmayacağını deyib:
“İndiyə qədər Premyer Liqada mövsümün erkən dayanmasıyla bağlı məsələ gündəmə gəlməyib. Ancaq “Liverpul”un çempion elan edilməsi bizim üçün problem olmaz. Bir az peşəkar olmalıyıq.
Küçəyə çıxıb 15 dəqiqə gəzməyə qorxuruq. Koronavirusu ciddiyə almaq lazımdır”.
İngiltərə Premyer Liqası aprelin 30-dan tez başlamayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin