Koronavirus Asiya futbolunu da iflic etdi

Dünyada sürətlə yayılan koronavirus pandemiyası Asiya futbolunu da iflic edib.

Komanda.az xəbər verir ki, əksər Asiya ölkələrində milli çempionatların təxirə salındığı bir vaxtda daha bir qərar da qitə futbol federasiyasından gəlib.

Belə ki, Asiya Kubokunun oyunları təxirə salınıb. Bu barədə Asiya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.

AÇ-2020-nin oyunlarının hansı tarixdə keçiriləcəyinə koronavirusla bağlı Asiyadakı vəziyyət yaxşılaşdıqdan sonra federasiyalar və klublarla birgə müzakirələrdən sonra qərar veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button