“Flamenqo”da koronavirus şoku
Braziliyanın sonuncu çempionu “Flamenqo” klubunun baş məşqçisi Jorje Jesusda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə, 65 yaşlı portuqaliyalı mütəxəssisdə koronavirus testinin pozitiv çıxdığı diqqətə çadırılıb.
“Flamenqo”ya tarixinin ən yaxşı mövsümünü yaşadan məşqçi artıq karantinə alınıb. Texniki heyətin digər üzvləri və futbolçulardakı testlərin nəticəsi isə neqativ çıxıb.
2019-cu ilin iyun ayından “Flamenqo”nu çalışdıran Jorje Jesus, bu komandaya 38 il sonra Libertadores kubokunu qazandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin