“Ferqyuson heç vaxt öz futbolçusunu tənqid etməzdi, Sulşer də belədir”
Hazırda “İnter Mayami” klubunun sahibi olan Devid Bekhem, keçmiş komandası “Mançester Yunayted”lə bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçu, “qırmızı şeytanlar”ın hazırkı vəziyyəti və baş məşqçi Ole-Qunnar Sulşerlə bağlı danışıb:
“Fikrimcə, Sulşer bu vəzifə üçün doğru seçimdir. Komandanı qəbul etməsi, futbolçulara dəstək olması Aleks Ferqyuson üslubudur. Ferqyuson heç vaxt öz futbolçusunu tənqid etməzdi, Sulşer də belədir. O, hələ də nələrsə öyrənir, amma öz futbolçularını və komandasını müdafiə edə biləcək gücdədir. Bütün azarkeşlər onu böyük insan olduğu və keçmişdə “Mançester Yunayted” üçün etdiklərinə görə dəstəkləyəcək.
“Mançester Yunayted” azarkeşiyəm və hansı vəziyyətdə olmalarından asılı olmayaraq, bu komandanın oyunlarını izləməyi sevirəm. Ümid edirəm ki, komandanın titulsuz dövrü çox çəkməyəcək. Çünki “Mançester Yunayted” dünyanın ən böyük klublarından biridir. Hər komandanın belə böyük ənənələri olmur”.
Bizi Facebook-da izləyin