“Mançester Yunayted”in sabiq futbolçusu Çin klubunda
Serbiya milli komandasının və “Mançester Yunayted”in sabiq futbolçusu Zoran Toşiç karyerasını Çində davam etdirəcək.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Tayçjou Yuanda” klubuna keçib. Toşiçlə imzalanan müqavilənin detalları bilinmir.
Karyerası ərzində “Mançester Yunayted”, “Köln”, ÇSKA və “Partizan” kimi klublarda çıxış edən Toşiç, 76 dəfə də Serbiya millisinin formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin