“Bu qələbəni onlara həsr edirəm” – Fatih Terim
Türkiyə Super Liqasının 23-cü turunda səfərdə “Fənərbaxça”nı məğlub edən “Qalatasaray”ın baş məşqçisi Fatih Terim oyundan sonra fikirlərini bildirib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, Terim, 3:1 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“Ötən il də, daha əvvəlki illərdə də demişdim, statistikanın mənim üçün önəmi yoxdur. Çempion olmayacağıqsa, burda qələbə qazanmağın əhəmiyyəti yoxdur. Buna baxmayaraq, bütün “Qalatasaray”lılar çox sevindi. Bu qələbəni onlara həsr edirəm.
Üç xala layiq idik. Oyunun hər anını yaxşı keçirdik. İlk 20 dəqiqədə oyunu buraxa bilərdik. Topu özümüzdə saxladıq. “Fənərbaxça”nın bizdən topu almasına icazə vermədik, onlara mane olduq. Bir derbidə ola biləcək ən çox qol imkanına sahib olduq. Futbolçularımı təbrik edirəm, xeyirli olsun”.
Bizi Facebook-da izləyin