Topu tutmaq istəyən qapıçı əli ilə qol vurdu – video

Tokio-2020 Yay Olimpiya oyunlarının seçmə mərhələsi çərçivəsində Uruqvay və Braziliyanın U-23 yığmaları qarşılaşıb.

Komanda.az xəbər verir ki, görüş qollu bərabərliklə bitib – 1:1. Matçda Uruqvay millisinin qapıçısı İqnasio De Arruabarrena kuryoz qol buraxıb. Belə ki, qarşılaşmanın 40-cı dəqiqəsində De Arruabarrena “çərçivə”yə gələn topu tutmaq istəyərkən, onu əli ilə öz qapısına salıb.

Argentinanın U-23 komandası Tokio-2020-yə vəsiqəni təmin edib. Braziliyanın 2, Uruqvayın isə 1 xalı var. Hər iki komandanın Tokio-2020-də iştirak etmək şansları var.

https://www.youtube.com/watch?v=F3AuGN8EukI&feature=emb_title
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button