“Lill”in futbolçusu “Çelsi” ilə “Real”a “yox” dedi
“Lill”in futbolçusu Bubakari Sumare qış transfer pəncərəsi dövründə Avropanın nəhəng klublarından təklif alıb.
Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Xəbərdə, 20 yaşlı yarımmüdafiəçinin “Real”, “Çelsi”, “Borussiya” (Dotmund) kimi klublardan təklif aldığı bildirilib. Ancaq Sumare bu mövsümün sonuna qədər “Lill”də qalmaq istədiyi üçün təkliflərə “yox” deyib.
PSJ-nin yetirməsi olan Sumare, 2017-ci ildən “Lill”dədir. 21 yaşadək futbolçulardan ibarət Fransa millisinin də üzvü olan futbolçu, bu mövsüm Liqa 1-də 19 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin