Azərbaycan millisinin sabiq futbolçusu vəfat etdi
Azərbaycan millisinin sabiq futbolçusu Lev Mayorov vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə keçmiş yarımmüdafiəçinin son klubu olan Rusiya “Çernomorets”inin mətbuat xidməti məlumat yayıb. Mayorov 50 yaşında dünyasını dəyişib. Mayorovun yaxın zamanda Bakıya gəlmək planları da var idi.
“Neftçi”nin ehtiyat komandasında, “Bakılı” və “Kəpəz” klublarında çıxış edən Mayorov, bir dəfə də Azərbaycan millisinin formasını geyinib.
Mayorov Rusiyada “Kuban Krasnodar” və “Çernomorets”in şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin