“Monako” futbolçusunu braziliyalılara satdı
“Monako”nun futbolçusu Qabriel Boşilya karyerasını Braziliyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “İnternasional”a transfer olunub. Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Boşilya ilə müddəti 2022-ci ilin sonuna qədər olan müqavilə imzalanıb.
2015-ci ildən “Monako”da forma geyinən Boşilya, bu mövsüm Liqa 1-də 5 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin