Dadaşovun klubunda baş məşqçiylə yeni müqavilə
Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Feniks Rizinq” klubu baş məşqçisi Rik Şansın müqaviləsini yeniləyib.
Komanda.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Şansla müddəti 2022-ci ilin sonuna qədər olan yeni sözləşmə imzalanıb.
2018-ci ildən “Feniks Rizinq”i çalışdıran Şansın əvvəlki sözləşməsi 2021-ci ilin sonuna qədər idi.
Rüfət Dadaşov qış transfer pəncərəsi dövründə Almaniyanın “Proyssen” klubundan “Feniks Rizinq”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin