Sabiq “Milan”lı klubunu dəyişdi
İtaliyanın “Leççe” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Cenoa”dan Rikkardo Saponaranı heyətinə qatıb. Bu barədə “Leççe”nin rəsmi saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Leççe”nin formasını geyinəcək.
Daha əvvəl “Empoli”, “Milan”, “Sampdoriya”, “Fiorentina” kimi klubların formasını geyinən Saponara, bu mövsüm A Seriyasında “Cenoa” ilə 4 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin