Yayda MS-yə keçmişdi, indi “Valensiya” istəyir
İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Joao Kanselo karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Valensiya” portuqaliyalı futbolçunu heyətinə qatmağı planlaşdırır. Müdafiəni gücləndirmək istəyən İspaniya klubunun əsas prioritetinin Kanselo olduğu və onun üçün yanvarda danışıqlara başlamaq istədiyi bildirilir.
Futbolçu “şəhərlilər”in heyətində kifayət qədər şans qazana bilməməsindən şikayətlənir. Avqustda “Mançester Siti”yə transfer olunan 25 yaşlı futbolçu, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla iştirak etdiyi 15 oyunda 1 qolla yadda qaldı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin