“Tvitter” və “instagram”ın ən populyar klubu
2019-cu ildə “tvitter”də və “instagram”da ən çox populyar olan klub məlum olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu, İspaniya “Barselona”sıdır. Kataloniya təmsilçisinin “tvitter” hesabındakı paylaşımlarına 94,5 milyon dəfə reaksiya verilib.
Populyarlığına görə ikinci sırada “Liverpul”dur. Mersisayd təmsilçisinin paylaşımlarına 87,1 milyon dəfə münasibət bildirilib.
Üçüncü sıradakı Braziliyanın “Flamenqo” klubu ilə bağlı paylaşımlar isə 86 milyon dəfə reaksiya qazanıb.
“Barselona” həm də, “instagram”da ən çox bəyənilən klubdur. Kataloniya təmsilçisinin “instagram”dakı paylaşımlarına il ərzində 1,081 milyard reaksiya verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin