“İndi elə büdcə yoxdur” – Faiq Qarayev

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev açıqlama verib.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionatının səviyyəsi ilə bağlı açıqlama verən qurum rəsmisi, bunları deyib:

“Vaxtilə Azərbaycan çempionatı ilk 3-lükdə qərarlaşırdı. Yarışda əvvəlcə limitsiz, sonra isə limitlə legioner oynadırdıq. Oyunların səviyyəsi, klubların büdcəsi var idi, çempionat böyük rəqabət şəraitində keçirilirdi. Üç klubumuz Çempionlar Liqasında çıxış edirdi, amma indi elə büdcə yoxdur. Federasiya xərclərinin 90 faizi hazırkı prezident Cavid Qurbanovun üzərinə düşür”.

Qarayev, klublara 3-4 legioner gətirməyə icazə verdiklərini diqqətə çatdırıb. O, legionerləri mənsub olduqları ölkənin milli federasiyalarının icazəsi olmadan milliləşdirməyəcəklərini söyləyib:

“Üstəlik, həmin oyunçular öz istəkləri ilə Azərbaycan millisini seçməli, bu ölkəyə bağlanmalıdılar. Klublarımız Cənubi Azərbaycandan kişi voleybolçular gətirmək istəyirlər. Mən isə İran Voleybol Federasiyası ilə razılaşdırdıqdan sonra onları gətirməyin mümkünlüyünü söyləmişəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button