Boyanka Kostova Belarusda çempion oldu

Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq “Alexander Cup” turnirinə start verilib.

Komanda.az xəbər verir ki, Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizə aparır. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Ölkəmizi qadınlarda Boyanka Kostova, kişilərdə isə Nailxan Nəbiyev təmsil edir.

İlk yarış günündə Boyanka Kostova 59 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 215 kq (95+120) nəticə ilə bütün rəqiblərini qabaqlayıb və turnirin qalibi adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button