“Barselona” “Levante” səfərinə onlarsız gedəcək
“Barselona” İspaniya La Liqasının 12-ci turunda “Levante” ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Ernesto Valverde sözügedən səfər oyununda bir neçə futbolçuya istirahət verəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Valverdenin “Levante” ilə oyunda Frenki de Yonqa, Luis Suaresə və Nelson Semedoya istirahət verəcəyi bildirilir.
Sabah keçiriləcək “Levante” – “Barselona” oyunu saat 19:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin