Türkiyə millisinin sabiq üzvü son qoydu – 430 günlük həsrətə
Meksikanın “Verakrus” klubu ölkə çempionatında 430 günlük qələbə həsrətinə son verib.
Komanda.az xəbər verir ki, “Verakrus” doğma azarkeşləri qarşısında “Puebla”nı qəbul edib. Meydan sahibləri oyunu minimal hesablı qələbə ilə başa vurub.
“Verakrus”a 3 xalı qazandıran qolu Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq üzvü Kolin Kazim-Riçards vurub.
“Verakrus” çempionatdakı son qələbəsini ötən il, avqustun 25-də qazanmışdı.
30 dəfə Türkiyə millisinin formasını geyinən Kolin, 2007-2011-ci illər aralığında “Fənərbaxça”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin