Super Liqa klubuna keçir – Adı “Sabah”la yanaşı çəkilən məşqçi

Bir müddət əvvəl adı “Sabah”la yanaşı çəkilən Ümit Özat Türkiyədə klub çalışdıra bilər.

Komanda.az xəbər verir ki, 42 yaşlı mütəxəssis hazırda baş məşqçi postu boş olan “Kayserispor”u çalışdıra bilər. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hazırda Super Liqada sonuncu sırada yer alan “Kayserispor”un “sükan”ı üçün ən real namizəd Ümit Özatdır.

“Kayserispor”da bir müddət əvvəl baş məşqçi Samet Aybaba istefa vermişdi.

Hazırda işsiz olan Ümit Özatın adı bir müddət əvvəl “Sabah” klubu ilə hallanırdı. Türkiyəli çalışdırıcı yerli mətbuata açıqlamasında, Bakı təmsilçisinin rəhbərliyi ilə görüşdüyünü də etiraf etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button