Əliş Nəzərov 9-cu oldu
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Komanda.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir.
Medallar uğrunda Azərbaycan yığma komandasının üzvləri də mübarizə aparırlar. Bu gün onlar öz çıxışlarına yekun vururlar.
Öncə Əliş Nəzərov körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin 109 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz toplam 323 kq (147+176) nəticə ilə 9-cu yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin