Qasımov yeniyetmələrin Avropa rekordunu yenilədi
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Komanda.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir.
Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar.
Bu gün onlardan daha biri – Rüstəm Qasımov körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin 67 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
17 yaşlı idmançımız toplam 274 kq (123+151) nəticə ilə 9-cu yeri tutub.
Rüstəm Qasımov gənclər arasında keçirilən yarışda iştirak etsə də, qaldırdığı çəkilər yeniyetmələr arasında Avropa rekordu kimi qeydə alınıb. Atletimizin birdən qaldırma hərəkətində ram etdiyi 123 kq çəki yeniyetmələrin yeni Avropa rekordudu.
Bununla yanaşı, Qasımov təkanla qaldırmada 151 kq-ın öhdəsindən gəlib ki, bu da təkanla qaldırma üzrə Avropa yenitemələr rekordu olan 150 kq-lıq nəticənin yenilənməsi demək idi. Eyni zamanda, Rüstəmin toplamda göstərdiyi 274 kq-lıq nəticə də Avropa rekordu olan 270 kq-ın 4 kq yenilənməsi demək oldu. Təkanla qaldırma və toplamda qeydə alınan rekordlar həmçinin bugünkü yarışda çıxış edən Qurami Giorbelidze tərəfindən müvafiq olaraq 2 və bir kiloqram yenilənib.
Bizi Facebook-da izləyin