
“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı
“Neftçi”nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünə qələbə ilə başlayıb.
Komanda.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda turnirin 1-ci təsnifat mərhələsində Monteneqronun “Buduçnost” klubu ilə üz-üzə gəlib. Yunanıstandakı Veria stadionunda baş tutan 1-ci qrupun yarımfinal matçının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında üstün (4:3) olan “Neftçi” mərhələ adlayıb.
Komanda finalda PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq. Qalib komanda 2-ci təsnifat mərhələsinə yüksələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



