Belçika millisinin yeni baş məşqçisi müəyyənləşib

Niderland millisinin sabiq futbolçusu Mark van Bommel Belçika yığmasının yeni baş məşqçisi olacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında razılıq tam əldə olunub və yalnız rəsmi sənədlərin imzalanması qalıb. Van Bommel ilə müddəti 2028-ci ilin sonuna qədər nəzərdə tutulan müqavilə bağlanacaq.

Belçika Futbol Assosiasiyası daha əvvəl rəsmi açıqlamasında milli komandanın baş məşqçisi Rudi Qarsiya ilə müddəti 31 iyul 2026-cı ildə başa çatan müqavilənin uzadılmayacağını bildirmişdi.

Belçika millisi 2026-cı il dünya çempionatında 1/4 finala qədər irəliləmiş, bu mərhələdə İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button