
Bakıdakı dünya çempionatında çıxış edəcək Azərbaycan güləşçiləri məlum oldu
Azərbaycan milli komandalarının Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatına qatılacaq heyəti müəyyənləşib.
Bu barədə Komanda.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Mundialda ölkəni 29 pəhləvan təmsil edəcək.
Qızlar
40 kq. Gülxanım Şirinova
43 kq. Vəfa Orucova
46 kq. Nuray Cəfərli
49 kq. Nəzrin Əhmədli
53 kq. Fatimə Bayramova
57 kq. Qaratel Quliyeva
61 kq. Fidan Babayeva
65 kq. Rəna Nuriyeva
69 kq. Simurə Abdullayeva
Böyük məşqçi: Mariya Stadnik
Məşqçi: Rövşən Umudov
Məşqçi: Solmaz Adilova
Yunan-Roma güləşi
45 kq. Əli Cavadlı
48 kq. Ömər Salmanov
51 kq. Abdulrəhman Hüseynli
55 kq. Qurban Məcnunov
60 kq. Elmir Çərkəzov
65 kq. Orxan Həbibli
71 kq. Nadir Həsənov
80 kq. İsfahan Həsənov
92 kq. Zöhrab Səfərov
110 kq. Emin Baxşəliyev
Böyük məşqçi: Rafiq Hüseynov
Məşqçi: Kamran Məmmədov
Məşqçi: Zöhrab Abbasov
Sərbəst güləş
45 kq. Tunar Həsənov
48 kq. Hüseyn Rzazadə
51 kq. İbrahim Həsənov
55 kq. Abbas Şəfiyev
60 kq. Elcan Həsənov
65 kq. Rəşid Nazarov
71 kq. Tunar Quliyev
80 kq. Nihad Süleymanlı
92 kq. Elgün Kərimli
110 kq. Hakim Tağıyev
Böyük məşqçi: Hacı Əliyev
Məşqçi: Qırxlar Bədəlov
Məşqçi: Yaşar Əliyev
Məşqçi: Allahverdi Vəliyev
Dünya çempionatı 27 iyul-2 avqust aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.
Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, mötəbər yarışda 663 idmançı, 272 məşqçi, 64 beynəlxalq hakim iş başında olacaq. Ümumilikdə 1100-dən artıq qonaq dünya çempionatı ilə bağlı Azərbaycana təşrif buyuracaq.
Bizi Facebook-da izləyin


