Azərbaycan millisi çexlərə də uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Çexiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Saat 20:00-da başlayan qarşılaşmanı maltalı Alan Mario Sant idarə edib.

Azərbaycan millisi turnirdəki ilk oyununda Norveçə minimal hesabla məğlub olmuşdu – 0:1. Bu dəfə isə komandamız daha böyük hesabla – 4 cavabsız qolla uduzub.

Avropa çempionatı, seçmə mərhələ

12 oktyabr

Azərbaycan U-19 – Çexiya U-19 0:4
Baş hakim:
Alan Mario Sant (Malta)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button