
“Bu, dünya çempionu ola bilməyən nəsil kimi xatırlanacaq”
Braziliya millisinin yarımmüdafiəçisi Kazemiro dünya çempionatının 1/8 finalında Norveç yığmasına məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
“Sambaçılar” 1:2 hesabı ilə uduzaraq mundialla vidalaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu bunun çox ağır məqam olduğunu bildirib:
“Bu, çox ağır məqamdır. Hazırda ailəmin yanında olmaq istəyirəm. Əlimizdən gələni etdik, amma arzumuzu gerçəkləşdirə bilmədik. Braziliyalı azarkeşləri məyus etdik. Bu, dünya çempionu ola bilməyən nəsil kimi xatırlanacaq”.
Norveç millisi dünya çempionatının 1/4 finalında İngiltərə yığması ilə qarşılaşacaq. İngilislər 1/8 finalda Meksika millisini 3:2 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



