Macarıstan – Azərbaycan oyunu hollandlara tapşırıldı
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan – Azərbaycan oyununun hakimləri məlum olub.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Hollandiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Denniq Hiqler olacaq. Ona Yohan Balder və Yoost van Zuylen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Bas Neyheys yerinə yetirəcək.
Oktyabrın 13-də keçiriləcək Macarıstan – Azərbaycan matçı saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin