Reytinq: Azərbaycan millisi 2 pillə gerilədi

Azərbaycan millisi FİFA reytinqində iki pillə geriləyib.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda hazırda 1132.00 xalla 126-cı sırada qərarlaşıb.

Komanda bu ay yoxlama oyununda Maltaya uduzub (0:2), San Marinoya isə qalib (2:1) gəlib.

Reytinqdə son dünya çempionu Argentina seçməsi (1877.27) liderdir. İspaniya (1874.71) ikinci, Fransa (1870.70) üçüncü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button