“Mançester Yunayted” uelsli qapıçıya göz dikib

Uels millisinin və “Lids”in qapıçısı Karl Darlov karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, 35 yaşlı qolkiperin “Lids”lə müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq və o, azad agent statusu qazana bilər.

“Qırmızı şeytanlar” uelsli qapıçını “ikinci nömrə” kimi heyətə cəlb etməyi planlaşdırır. Hazırda “Mançester Yunayted”in əsas qapıçısı Senne Lammens hesab olunur və klub Darlovu bu mövqedə ehtiyat variant kimi görür.

Darlov ötən mövsüm Premyer Liqada “Lids”in heyətində 22 oyunda meydana çıxıb, 27 qol buraxıb, 5 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button