
Runi Reşforda görə təəssüflənir
“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi, Markus Reşfordun İngiltərə klubundan ayrılmaq ehtimalına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingiltərəli futbolçunun gedişinin təəssüf doğurduğunu deyib:
“Reşfordun getməsi təəssüf doğurur. O, mançesterli bir oğlandır və mənim “Mançester Yunayted”dəki qol rekordumu qıra bilərdi. Rekordlar qırılmaq üçündür. Yerli bir futbolçunun bunu etməsi əla olardı. Son illərdə klubda işlər onun istədiyi kimi getməsə də, hamımız onun nə qədər yaxşı oyunçu olduğunu bilirik”.
Reşford 2025/26 mövsümünü icarə əsasında “Barselona”da keçirib. Onun bu yay “Mançester Yunayted”dən birdəfəlik ayrılacağı gözlənilir. 28 yaşlı futbolçu “qırmızı şeytanlar”ın heyətində ümumilikdə 426 oyunda meydana çıxıb və 138 qol vurub.
Bizi Facebook-da izləyin



