DÇ-2026: İnfantino biletlərin baha olmasına aydınlıq gətirdi

FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının oyunlarına biletlərin qiymətinin baha olması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İnfantino, mundialın oyunlarına satılan biletlərin qiymətinin ABŞ-də keçirilən digər idman növlərinin pley-off mərhələlərinin qiymətindən daha aşağı olduğunu söyləyib:

“Dünya çempionatının oyunlarına biletlərin qiyməti ABŞ-də digər idman növlərinin bütün pley-off mərhələlərinin qiymətlərindən aşağıdır. Biletlər satışa çıxarıldıqda daha yüksək qiymətə satılır. Bu da göstərir ki, qiymətləndirmə düzgün aparılıb. Belə qərarlar ətraflı təhlillərdən sonra qəbul edilir”.

Bu gündən start götürəcək 2026-cı il dünya çempionatı iyulun 19-dək ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button