Anri: “Arsenal” bu uğuru davam etdirməlidir”

“Arsenal”ın sabiq hücumçusu Tyerri Anri komandanın çempionluqdan sonrakı dövrü barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “topçular”ın qazandığı uğuru davam etdirməli olduğunu düşünür:

“İndi “Arsenal” bu uğuru davam etdirməlidir. Rəqabətli qalmaq üçün nəyin təkmilləşdirilməli olduğunu anlamaq vacibdir. Həmçinin, nəzərə almaq lazımdır ki, çempionluqdan sonra hər kəs sizi məğlub etmək və titulu əlinizdən almaq istəyəcək. Yeni mövsümə uğursuz başlasaz, şübhələr yenidən komandaya qayıdacaq”.

“Arsenal” 2025/26 mövsümündə 22 illik fasilədən sonra İngiltərə Premyer Liqasının qalibi olub. Komanda həmçinin, UEFA Çempionlar Liqasının finalına yüksəlsə də, burada PSJ-yə (1:1, penalti 3:4) məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button