
“Milan” Amorimlə danışıq aparıb
“Milan” yeni baş məşqçi axtarışlarını davam etdirir və bu çərçivədə “Mançester Yunayted”in sabiq çalışdırıcısı Ruben Amorimlə danışıqlar aparıb.
Komanda.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.
Klubda ötən mövsümün sonunda ciddi dəyişikliklər baş verib. Baş məşqçi Massimiliano Alleqri, idman direktorları İqli Tare, Yoffre Monkada və Corco Furlani komandadan ayrılıb. Buna görə də “qırmızı-qaralar”ın rəhbərliyi həm yeni idarəetmə strukturunu, həm də məşqçi heyətini yenidən formalaşdırır.
Hazırda “Milan”ın əsas planı texniki direktor postuna Ralf Ranqnikin gətirilməsidir. Onun gələcəyi halda, baş məşqçi vəzifəsinə əsas namizəd kimi Oliver Qlasner göstərilir. Avstriyalı mütəxəssis hazırda sərbəstdir, ancaq onun Avstriya millisi ilə müqavilə məsələləri prosesə təsir edə bilər, çünki tərəflər əməkdaşlığın müddətinin uzadılmasını müzakirə edir.
Bununla yanaşı, “Milan” digər variantları da nəzərdən keçirir. Klubun daha əvvəl Maurisio Poçettino ilə də əlaqə saxladığı bildirilmişdi. Həm Amorim, həm də Poçettino hazırda əsas namizədlər sırasında olmasa da, onların adı müzakirələrdə qalır.
Hazırda favorit statusu Oliver Qlasnerə məxsusdur, ancaq Ranqnik planı reallaşmazsa, vəziyyət dəyişə bilər.
Bizi Facebook-da izləyin



