DÇ-2026: Azərbaycanlı məşqçilər hansı komandalara azarkeşlik edəcək? – SORĞU

Tarixdə ilk dəfə 48 komandanın qatılacağı dünya çempionatı bu gün Meksika – Cənubi Afrika Respublikası (CAR) oyunu ilə start götürəcək.

Komanda.az ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək DÇ-2026 ilə bağlı azərbaycanlı məşqçilər arasında sorğu keçirib və onlara “dünya çempionatında hansı komandaya azarkeşlik edəcəksiz” və “sizcə, çempion kim olacaq” sualları ünvanlayıb:

Ağasəlim Mircavadov (AFFA Məşqçilər Komitəsinin üzvü):

“Mən yaxşı futbola azarkeşlik edirəm. Favoritim İspaniya millisidir”.

Vaqif Sadıqov (AFFA Məşqçilər Komitəsinin sədri):

“2026-cı il dünya çempionatı böyük həyəcanla gözlənilir və turnir ətrafında müzakirələr aparmaq olduqca maraqlıdır. Mən Türkiyə millisindən sensasiya gözləyirəm və onlara azərkeşlik edəcəm. Digər güclü komandaların turnirdəki mübarizəsini, taktiki təhlillərini böyük maraqla gözləyirəm. Çempionluq proqnozuna gəldikdə isə, kubokun sahibi kimi Avropa komandalarından birini görürəm: İspaniya, Almaniya, İngiltərə”.

Şahin Diniyev (Azərbaycan millisinin sabiq baş məşqçisi):

“Türkiyə və Özbəkistan millilərinə azarkeşlik edəcəm. Düşünürəm ki, çempionluğa Fransa, Braziliya və İspaniya yığmaları əsas favoritlərdir”.

Ayxan Abbasov (Azərbaycan millisinin baş məşqçisi):

“Türkiyə millisinə azarkeşlik edəcəm. Favoritim Fransa və İspaniya yığmasıdır”.

Azər Bağırov (“Şamaxı”nın baş məşqçisi):

“Türkiyə millisinə azarkeşlik edəcəm. Favorit olaraq Almaniya və Braziliya yığmalarını görürəm”.

Elmar Baxşıyev (“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi:

“Daha çox İspaniya və Braziliya milliləri. Favorit də bu komandalardır”.

Nəzrin, Fəxri

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button