DÇ-2026: Sabiq futbolçu Noyerin ilk matçda oynamamasını istəyir

Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus, qapıçı Manuel Noyerin 2026-cı il dünya çempionatında Kurasao yığmasına qarşı oyunda start heyətində yer almamalı olduğunu düşünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin qapı önündə ciddi təhlükə yaratmayacağını və buna görə də, almaniyalı futbolçunun sağlamlığını riskə atmağa ehtiyac olmadığını söyləyib:

“Noyer bu oyunda start heyətində meydana çıxmamalıdır. Düşünmürəm ki, Kurasao millisi Almaniya yığmasının qapısına çox zərbə vuracaq. Hər şey qaydasında olarsa, o, oynaya bilər. Amma zədənin ağırlaşması riski varsa, risk etməməliyik. Onun növbəti rəqiblərə qarşı qapıda olması daha vacibdir”.

Almaniya millisi ilə Kurasao yığması arasında görüş iyunun 14-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button