
Klub ayrılmaq, o isə qalmaq istəyir
“Atletiko”nun müdafiəçisi Kleman Lanqlenin gələcəyi ilə bağlı maraqlı vəziyyət yaranıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi yay transfer dönəmində fransalı futbolçu ilə yollarını ayırmaq niyyətindədir. Ancaq 30 yaşlı müdafiəçi klubunu dəyişmək fikrində deyil və komandada qalmaq istəyir.
Lanqlenin “Atletiko” ilə müqaviləsinin müddəti daha iki il davam etməlidir. Futbolçu yalnız çox cəlbedici təklif alacağı halda gələcəyi ilə bağlı qərarını yenidən nəzərdən keçirə bilər.
O, ötən il “Barselona”dan ayrıldıqdan sonra azad agent kimi “Atletiko”ya qoşulmuşdu. Ötən mövsümdə Dieqo Simeonenin komandasında bütün turnirlər daxil olmaqla 24 oyunda meydana çıxan futbolçu, bir məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin



