
“Real” ekvadorlu müdafiəçi ilə maraqlanır
“Arsenal”ın müdafiəçisi Pyero İnkapye “Real”ın maraq dairəsinə düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müdafiə xəttini gücləndirmək üçün variantlar axtaran “kral klubu” 24 yaşlı futbolçunun transferini nəzərdən keçirir. Həm mərkəz müdafiəçisi kimi, həm də sol cinahda çıxış edə bilən İnkapye çoxyönlü oyunçu kimi diqqət çəkir.
Bildirilir ki, ekvadorlu futbolçu çempionluqla başa çatan mövsümdə hər zaman Mikel Artetanın əsas heyət üzvlərindən biri olmasa da, “Arsenal” onunla yollarını ayırmaq niyyətində deyil. Bu səbəbdən, transferin reallaşması asan görünmür.
“Transfermarkt” portalı İnkapyenin bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir. O, ötən mövsüm “Arsenal”ın heyətində 39 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



