DÇ-2026: Açılış matçının favoriti açıqlandı

Meksika millisi 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk oyununda Cənubi Afrika Respublikası (CAR) ilə qarşılaşacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyun öncəsi “Opta” superkompüteri qarşılaşmanın nəticəsi ilə bağlı ehtimalları açıqlayıb. Hesablamalara əsasən, matçın favoriti ev sahibi statusunda çıxış edən Meksika millisi hesab olunur.

Superkompüterin proqnozuna görə, meksikalıların qələbə ehtimalı 66,3 faiz, CAR millisi üçün qələbə şansı 14,3 faiz, heç-heçə ehtimalı isə 19,3 faiz təşkil edir.

Qarşılaşma bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button