
“Sabah”ın futbolçusu əməliyyat olundu
“Sabah”ın və Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev əməliyyat olunub.
Komanda.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat keçirib.
Madrid şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


