“Ümidlərimizi saxlamaq üçün Azərbaycanı məğlub etməliyik”
Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla qarşılaşacaqları oyunlardan əvvəl açıqlama verib.
Komanda.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, Rossi, Azərbaycan millisinin asan rəqib olmadığını deyib:
“Azərbaycanla oyun ağır olacaq. İrəliyə getmək ümidlərimizi saxlamaq üçün Azərbaycanı məğlub etməliyik. Püşkdən sonra heç kim Azərbaycan millisini asan rəqib görmürdü. Senyabrda keçirdikləri iki qarşılaşmada sərgilədikləri oyun bunu göstərdi. Onları məğlub etmək üçün ən yaxşı məlumatlara sahib olmalıyıq”.
Macarıstan millisi oktyabrın 10-da Xorvatiya, 13-də isə Azərbaycanla qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin