
Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti açıqlandı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti açıqlanıb.
Bu barədə Komanda.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib.
Baş məşqçi Faiq Qarayev heyətə 14 voleybolçunun adını daxil edib:
Hücumçular: Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, İlhamə Əzimova;
Orta oyunçular: Ayşən Abduləzimova, Aynur İmanova, Mariya Kirilyuk;
Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva;
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova
Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



