“Real”ın prezidenti: “Azarkeşlər mənə etibar etməlidirlər”

“Real”ın prezidenti Florentino Peres növbəti dəfə yüksək səviyyəli transferlərə işarə edib.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Məni tanıyırsız. Mən burada olduğum müddətdə “Real” dünyanın ən yaxşı oyunçuları ilə müqavilə imzalayacaq. Azarkeşlər mənə etibar etməlidirlər”.

Madrid klubunun prezident seçkiləri 7 iyunda baş tutacaq və iki namizəd – Florentino Pereslə Enrike Rikelme mübarizə aparacaq. Hər iki tərəf klub azarkeşlərinə müntəzəm olaraq heyətin əhəmiyyətli dərəcədə gücləndiriləcəyinə söz verib.

Denzel Dumfris (“İnter”) və İbrahima Konate (“Liverpul”) tezliklə “Real”ın heyətinə qoşulacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button