“Şamaxı” braziliyalı futbolçu ilə yollarını ayırdı

“Şamaxı” klubu braziliyalı futbolçusu Sezar Enrike ilə yollarını ayırıb.

Bu barədə Komanda.az-a bölgə təmsilçisindən məlumat verilib.

Klub 25 yaşlı müdafiəçi ilə müddəti bitən müqaviləni yeniləməyib.

Sezar Enrike ötən yay “Şamaxı”ya Braziliyanın “Caxias” klubundan transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button