Azərbaycan millisiylə oyundan əvvəl növbəti dəyişiklik
Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Macarıstan yığmasının heyətində daha bir dəyişiklik edilib.
Komanda.az xəbər verir ki, müdafiəçi Beşe Barnabaş zədə səbəbindən millinin heyətinə qoşulmayacaq. Bu barədə Macarıstan Futbol Federasiyasının rəsmi “tvitter” hesabı məlumat yayıb. Beşenin əvəzinə yığmaya “Ferentsvaroş”dan Endra Botka dəvət olunub.
Macarıstan yığmasında Dominik Soboslai və Kristian Tamaş da zədə səbəbindən heyətdən kənarlaşdırılmışdı və onların yerinə Yanoş Ferentsiyə dəvət göndərilmişdi.
Macarıstan millisi oktyabrın 10-da Xorvatiya, 13-də isə Azərbaycanla qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin