“Sent-Etyen” “Lion”u məğlub yola saldı
Bu gün Fransa Liqa 1-də 9-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Marsel” səfərdə “Amyen”in qonağı olub. Dörd qolun qeydə alındığı qarşılaşma Marsel təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.
Lider PSJ bu turda ikinci pillədə qərarlaşan “Anje”ni sınağa çəkib. Paris təmsilçisi bu oyunda 4 cavabsız qola sevinib.
“Monako” isə “Monpelye” ilə üz-üzə gəlib və daha bir məğlubiyyətlə üzləşib.
“Brest” “Mets”i, “Dijon” “Strasburq”u, “Nant” “Nitsa”nı məğlub yola salıb. “Tuluza” – “Bordo” matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.
Turun maraqla gözlənilən qarşılaşmasında “Lion” “Sent-Etyen”lə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu oyunda minimal hesabla üstün olublar.
Fransa Liqa 1, 9-cu tur
4 oktyabr
Amyen – Marsel 3:1
Qol: Alesami, 11. Jirassi, 41. Mendosa, 90+1 – Benedetto, 23.
5 oktyabr
PSJ – Anje 4:0
Qol: Sarabia, 13. İkardi, 37. Queye, 59. Neymar, 90.
Brest – Mets 2:0
Qol: Fassurye, 11. Kastelyetto, 45.
Dijon – Strasburq 1:0
Qol: Mavididi, 38.
Monpelye – Monako 3:1
Qol: Molle, 31. Mendes, 39. Delor, 56 – Ben Yedder, 68.
Nant – Nitsa 1:0
Qol: Simon, 86.
Tuluza – Bordo 1:3
Qol: Kuluris, 61 – De Preville, 2. Pablo, 19. Hvanq, 53.
6 oktyabr
Lill – Nim 2:2
Qol: Remi, 12. Osimhen, 79 – Ripar, 45+5. Denkey, 71.
Renn – Reyms 0:1
Qol: Dia, 49.
Sent-Etyen – Lion 1:0
Qol: Beriç, 90.
Bombardir: Habib Diallo (Mets), Viktor Osimhen (Lill), Mussa Dembele (Lion) – 6 qol.
Bizi Facebook-da izləyin