“Hər ikisi yaxşı futbolçudur və onlarla birlikdə çıxış etmək asandır” – Feliks
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Lokomotiv”i (Moskva) 2:0 hesabı ilə məğlub edən “Atletiko”nun futbolçusu Joao Feliks açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, oyunda hesabı açan hücumçu, Madrid təmsilçisinin heyətində turnirdə qol vuran ən gənc futbolçu olmasıyla bağlı fikirlərini bölüşüb:
“Bizim üçün bütün qarşılaşmalar vacibdir, La Liqa və ya Çempionlar Liqası, fərq etmir. Amma hər futbolçu Çempionlar Liqasının matçlarında iştirak etmək istəyər. Mən də belə bir fürsətə sahib olduğum üçün şadam. “Lokomotiv” sərt, aqressiv və əks-hücumlarda sürətli olan rəqibdir. Onların heyətində yaxşı futbolçular var.
Mənim üçün “Atletiko”nun heyətində Çempionlar Liqasında qol vuran ən gənc futbolçu olmaq çox vacibdir. Məşqçi mənə inanır, eyni zamanda komanda da dəstəkləyir. Bizim komandada Alvaro Morata və Dieqo Kosta ilə birgə oynamaq mənim üçün rahatdır. Hər ikisi yaxşı futbolçudur və onlarla birlikdə çıxış etmək asandır”.
Bizi Facebook-da izləyin