“Qarabağ”la keçirəcəyimiz oyunun nəticəsini görmək lazımdır”
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Düdelanj” klubunun futbolçusu Çarles Morren açıqlama verib.
Komanda.az “dhnet.be” saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi, oktyabrın 3-də “Qarabağ”la qarşılaşacaqları oyun haqda danışıb:
“Hər kəs “Düdelanj”ın sürpriz edə biləcəyini, eyni zamanda, böyük hesabla məğlub ola biləcəyini bilir. Evdə “Qarabağ”la keçirəcəyimiz oyunun nəticəsini görmək lazımdır. Ondan sonra daha böyük xəyallar qurmağa başlaya bilərikmi, görəcəyik”.
“Düdelanj” – “Qarabağ” oyunu oktyabrın 3-də, Lüksemburqda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin